Dənizdə qayıqda köməksiz qalmış 2 nəfər xilas edilib


Digərləri 11 İyl 2018 23:21:00 272 0

Dənizdə qayıqda köməksiz qalmış 2 nəfər xilas edilib

Dənizdə qayıqda köməksiz qalmış 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.