Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq


Digərləri 11 İyl 2018 21:26:14 286 0

Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq

Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb.

Bakı. Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq: “Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar. Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ. Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki – bizimki”, “Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər. Son dövrlərdə Akademik Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T.Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T.Kazımov və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub. Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gənc rejissorlar Anar Babalı və Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”. Mətbuat xidmətindən əlavə olunub ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb: