İnnovasiya müsabiqəsinə 50-yə yaxın layihə təqdim edilib


Digərləri 11 İyl 2018 18:03:00 307 0

İnnovasiya müsabiqəsinə 50-yə yaxın layihə təqdim edilib

İnnovasiya müsabiqəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Bakı. İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə birgə ikinci respublika innovasiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, ikinci respublika innovasiya müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinın müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək texnologiyalar parkı” MMC-nin tədqiqatçıları, ASAN könüllüləri üçün maarifləndirmə tədbirləri keçirilib. Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideyabanki.com) platforması vasitəsilə təqdim etməlidirlər.