Azəriqaz: Təbii qazla təmin edilən abonentlərin sayı 2,1 milyonu ötüb


Digərləri 11 İyl 2018 17:46:00 283 0

Azəriqaz: Təbii qazla təmin edilən abonentlərin sayı 2,1 milyonu ötüb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 138 min 7-yə çatıb.

Bakı. Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 138 min 7-yə çatıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində İB-də əhali sektoru üzrə 42 min 965 yeni abonent qeydiyyata alınıb. Bunun da 26 min 689-u Bakı, Abşeron və Sumqayıt, 16 min 276-sı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.