"Cinayətkar dini qruplaşmanın Gəncəni seçməsinin səbəbləri aydınlaşdırılacaq"


Digərləri 11 İyl 2018 16:21:00 288 0

"Cinayətkar dini qruplaşmanın Gəncəni seçməsinin səbəbləri aydınlaşdırılacaq"

"Din pərdəsi altında radikal siyasətə sürüklənmiş bir qrup cinayətkarın növbəti iflasının bu dəfə Gəncə şəhərində şahidi olduq. Cinayətkar dini qruplaşmanın meydan kimi niyə məhz Gəncəni seçməsinin səbəbləri dəqiqliklə aydınlaşdırılacaq. Ancaq Gəncənin əlahiddə bir inzibati vahid olmadığı, vahid Azərbaycan dövlətçiliyinin yenilməz güc göstəricisinə çevrilmiş pozulmaz sabitliyin, sarsılmaz iqtidar-xalq birliyinin tərkib hissəsi olduğunu dostlar da, düsmənlər də gördü".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Gəncə hadisələri ilə Azərbaycan kimi sistem idarəçiliyinə malik bir ölkədə istənilən siyasi məqsədə cinayətkar üsullarla, xarici təlim düşərgələrində hazirlanmış terror planları ilə, dini inancları alətə çevirməklə nail olmağın mümkünsüzlüyü sübut olundu:

"Adi kriminal ünsürlərin kütlə qabağına düşmək niyyətlərinin tam puç olması həm Gəncə ictimaiyyətinin, həm də bütün xalqın siyasi cəhətdən tam yetkin olduğunu və seçilmiş Prezidentə xalqın inanılmış lideri kimi etimad göstərdiyini bir daha ortaya qoydu. Hüquq-muhafizə orqanları, xüsusən də polis qüvvələri ən fövqəladə hallarda da yüksək peşəkarlıq və dövlətciliyə sadiqlik göstərdiyini bir daha nümayiş etdirdi".

O qeyd edib ki, ölkənin hüquq-mühafizə, xüsusi xidmət orqanları ilə siyasi hakimiyyətin yüksək və qüsursuz koordinasiyalı fəaliyyəti bu hadisələrin ortaya çıxardığı çox güclü siyasi faktorlardan biridir: