"Gəncədə baş verənlər Azərbaycan dövlətçiliyinə vurulan zərbədir"


Digərləri 11 İyl 2018 15:26:00 307 0

"Gəncədə baş verənlər Azərbaycan dövlətçiliyinə vurulan zərbədir"

"Gəncə şəhərində baş verən son hadisələr onu göstərir ki, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanın uğurları artdıqca öz məkrli niyyətlərini heç cür gizlədə bilmirlər".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Son.az-a açıqlamasında Gəncədə baş verən son iğtişaşa münasibət bildirərkən deyib.

Gəncədəki iğtişaşlar planlaşdırılmış şəkildə həyata keçirilib - Səbəblər bəllidir Millət vəkilinin fikrincə, Gəncədə törədilmiş iğtişaş Azərbaycan dövlətçiliynə zərbədir: "Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm Hərbi Parad dostlarımızı sevindirdi, düşmənlərimizi isə çox məyus etdi. Xaricdə olan düşmənlərimiz əlaltıları vasitəsi ilə ölkəmizdə mövcud olan və dünya ölkələrinə belə nümunə göstərilə bilinən sabitliyi pozmaq, Azərbaycanda gərginlik yaratmaq məqsədi ilə əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı teror aktı təşkil etdilər. Sonra 10 iyul 2018-ci il tarixdə isə kriminal keçmişli, ekstremist radikal təmayüllü bir qrup şəxs Gəncə şəhərində ictimai asayişi pozaraq qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib. Bu zaman 2 yüksək rütbəli polis zabitimiz şəhid olub. Baş verən bu hadisələr Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir. Azərbaycanın sürətli inkişafını, güclü bir dövlətə çevrildiyini görən düşmənlərimiz bütün vasitələrdən istifadə edərək Azərbaycanda mövcud olan stabilliyi pozmağa cəhd göstərirlər".