Fuad Muradov Parisdə Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib (FOTO)


Digərləri 11 İyl 2018 14:47:27 249 0

Fuad Muradov Parisdə Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir. Komitədən Trend-ə verilən məlumata görə, sədrin başçılıq etdiyi nümayəndə heyəti Fransada Azərbaycanın görkəmli siyasi xadimi, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, məzar üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin