İlk dəfə azərbaycanlı alim Çinin Elmlər Akademiyasına dəvət olundu FOTO


Digərləri 11 İyl 2018 13:06:00 303 0

İlk dəfə azərbaycanlı alim Çinin Elmlər Akademiyasına dəvət olundu  FOTO

Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müəllimi və tədqiqatçısı Aqşin Əliyev Çin Sosial Elmlər Akademiyasında fəaliyyət göstərmək üçün dəvət alıb.

O, Çin Mədəniyyəti üzrə Tədqiqatlar Mərkəzində Azərbaycan üzrə müxtəlif araşdırmalar aparmaqla, Çin Elmlər Akademiyasında tədqiqat işi görmək üçün dəvət alan ilk xarici alim kimi tarixə düşüb.

Son.az xəbər verir ki, alim Trend-ə bildirib ki, Çin Sosial Elmlər Akademiyası mühafizəkar olduğu üçün burada xarici alimlərin tədqiqat aparması görünən hadisə deyil. Son illər Çinlə Azərbaycan arasında humanitar əlaqələrin inkişafı, eləcə də Böyük İpək Yolunun bərpası üzrə müxtəlif layihələrin işlənməsi Çində Azərbaycan üzrə tədqiqatların aparılması üçün zərurət yaradıb.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilk dəfə olaraq Çin Sosial Elmlər Akademiyasında Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi və bu günü, ədəbi və elmi tərcümələr, qədim İpək Yolu üzərində Çin-Azərbaycan əlaqələri, "Bir kəmər - Bir yol" təşəbbüsündə Azərbaycanın rolu kimi mövzuların tədqiqatı ilə məşğul olacaq.


Xəbərə aid fotolar