Bakı Ali Neft Məktəbində ilk MBA proqramına qəbul 100% oldu


Digərləri 11 İyl 2018 12:30:00 273 0

Bakı Ali Neft Məktəbində ilk MBA proqramına qəbul 100% oldu

Bakı Ali Neft Məktəbi (BANM) 2018/2019-cu tədris ilindən MBA (Biznesin idarə olunması) proqramının tədrisinə başlayır.

Son.az xəbər verir ki, Ali Məktəb tərəfindən bu istiqamət üzrə ilk dəfə qəbul elan olunmasına baxmayaraq magistraturaya qəbul olmaq arzusunda olan bu ilki tələbələrin böyük marağına səbəb olub. Belə ki, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılan "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Magistr" jurnalına əsasən Ali Məktəbin MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolmuşdur. BANM-a qəbul olmuş tələbələr sentyabr ayından etibarən Ali Məktəbin zəngin MBA proqramına başlayacaqlar.

BANM-ın MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətə davamlı karyera imkanları, əlverişli dərs qrafiki, adakemik mükəmməllik, geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.