“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq müsabiqə elan edir


Digərləri 11 İyl 2018 12:09:07 192 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq müsabiqə  elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin (Liman kompleksi) tikintisinin birinci fazasının başa çatması ilə əlaqədar istifadəyə hazır olan bina və qurğuların (Liman obyektləri) təhvil-təsliminə dair xidmətlərin satınalınması ilə bağlı açıq müsabiqə elan edir

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin (Liman kompleksi) tikintisinin birinci fazasının başa çatması ilə əlaqədar istifadəyə hazır olan bina və qurğuların (Liman obyektləri) təhvil-təsliminə dair xidmətlərin satınalınması ilə bağlı açıq müsabiqə elan edir: Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 16 iyul 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 18 iyul 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 19 iyul 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcək.