Ağcabədidə qanunsuz ov edənlər cərimələndi


Digərləri 11 İyl 2018 11:24:00 209 0

Ağcabədidə qanunsuz ov edənlər cərimələndi

Ağcabədidə qanunsuz ov edənlər cərimələndi.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına əsasən, qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib. Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi, patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.