Nazir: Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb (FOTO)


Digərləri 11 İyl 2018 11:10:00 268 0

Nazir: Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb (FOTO)

Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Meşə Dialoqu çərçivəsində "Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda görüş keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Milli Meşə Dialoqunun aparılması Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycanın meşə ilə örtülü əraziləri çox deyil. Nazir qeyd edib ki, Azərbaycanda meşə ərazilərinin artırılması üçün ölkə başçısı İlham Əliyev tərəfindən də tapşırıqlar verilib. Bu baxımdan bir sıra ölkələrin, xüsusilə Türkiyənin təcrübəsini öyrənmək çox əhəmiyyətli olar. M.Babayev əlavə edib ki, bir neçə həftə əvvəl Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb. Onun sözlərinə görə, bu gün Azərbaycandakı meşə fondu ilə bağlı məsələlərin aydınlaşdırılması, onların dəqiqləşdilməsi lazımdır.