Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq


Digərləri 11 İyl 2018 10:54:56 103 0

Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq

Sabitliyə, təhlükəsizliyə düşmən kəsilən istənilən qüvvə qarşısında məhz Azərbaycan xalqını görəcək.

Bəxtiyar Hacıyev – İyulun 10-da Gəncədə faciə yaşandı. Radikal dini yönümlü bir qrup şəxs şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısındakı meydana toplaşaraq, küt və kəsici-deşici alətlərlə polis əməkdaşlarına müqavimət göstərdi, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirdi. Bu, ölkənin, xalqın təhlükəsizliyinə əl uzatmaq, ölkədə sabitliyi pozmağa cəhd etmək deməkdir. Deməli, bu başıpozuqlar çox qudurublar, ölkədə ikinci Nardaran hadisələrini təkrarlamaq istəyirlər, Azərbaycanı Suriyaya çevirmək niyyətindədirlər. Xalqın asayişini təmin edən polis əməkdaşlarını qətlə yetirməkdə məqsəd elə budur. Təhlükəsizliyə uzanan əlləri isə dərhal kəsmək lazımdır! Asayişin keşiyində dayanan polis zabitlərinin qətli bundan əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktının davamıdır, sifariş eyni yerdən alınıb. Bu terrorçulara qarşı amansız tədbirlər görülməlidir və görüləcək. Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə sakinlər də xaricdən tapşırıq alan pozucu qüvvələrə heç şübhəsiz ki, meydan verməyəcək. Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq. Belə məkrli plan heç bir zaman həyata keçə bilməz. Azərbaycan xalqı sabitliyin tərəfdarıdır və sabitliyə, təhlükəsizliyə düşmən kəsilən istənilən qüvvə qarşısında məhz Azərbaycan xalqını görəcək. Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır - FOTO 2015-ci ildə Nardaranda dini radikalların, ekstremistlərin planı iflasa uğradı. Lakin, deməli, belələri az da olsa, hələ də içimizdə hərlənir, xaricdən tapşırıqlar alır, əmr verilən kimi terror aktı həyata keçirməyə çalışırlar. Onlar bu gün sosial şəbəkələrdə də xeyli fəallaşıblar. Təsadüfi deyil ki, bir qədər əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə terrorçuluğa çağırışlar etdiyinə görə 20 nəfər saxlanılıb. Onlar sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırırdılar. Gəncə tarixi-dini ənənələrimizin bu gün də qorunduğu böyük şəhərdir. Burada heç bir zaman dini ibadətə maneçilik törətməyib. Hazırda şəhərdə 6 məscid və İmamzadə ziyarətgahı fəaliyyət göstərir. O İmamzadə ziyarətgahı ki, Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulub və bu gün haqlı olaraq İslam aləminin möhtəşəm dini abidələrindən biri sayılır. Gəncənin məşhur “Şah Abbas” məscidi də əsaslı təmir olunaraq dindarların istifadəsinə verilib. Deməli, özünü guya “əsl dindar, əsl müsəlman” sayan beyni yuyulmuş bir qrup şəxsin niyyəti heç də “din uğrunda mübarizə” deyil. Əslində onların hansı qüvvələrdən sifariş aldığı da məlumdur. O da məlumdur ki, ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa yönəlmiş bu sifarişlər elə sifariş olaraq qalacaq, onların bu cəhdi Azərbaycanda asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının qətiyyətli fəaliyyəti nəticəsində elə beşiyindəcə boğulacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Qarabağ Çempionlar Liqasında mübarizəyə başlayır like
  • 11 İyl 10:53  
İdman Qarabağ Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhəl

arrow Ətraflı
Xətaidə binada elektrik lövhəsi alışdı - 2 nəfər təxliyə olundu like
  • 11 İyl 10:52  
Digərləri Xətaidə binada elektrik lövhəsi alışdı - 2 nəfər təxliyə olundu

Bakıda səhər saatlarında yaşayış binasında yanğın faktı qeydə alın

arrow Ətraflı
XİNdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı çağırış like
  • 11 İyl 10:51  
Siyasət XİNdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı çağırış

Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün b

arrow Ətraflı
Yunanıstan 2 rusiyalı diplomatı ölkədən qovdu like
  • 11 İyl 10:43  
Dünya Yunanıstan 2 rusiyalı diplomatı ölkədən qovdu

İki rusiyalı diplomat Yunanıstandan çıxarılıb.

arrow Ətraflı
Brejnevin nəvəsi öldü like
  • 11 İyl 10:36  
Dünya Brejnevin nəvəsi öldü

Sovet İKP MK-nın birinci katibi Leonid Brejnevin nəvəsi Andrey Brejnev Krım

arrow Ətraflı
Belçikalı azarkeşlərlə polis arasında qarşıdurma olub like
  • 11 İyl 10:34  
İdman Belçikalı azarkeşlərlə polis arasında qarşıdurma olub

Belçika millisinin 2018-ci il dünya çempionatının yarımfin

arrow Ətraflı
Magistraturaya qeydiyyat bu gün başa çatır like
  • 11 İyl 10:32  
Digərləri Magistraturaya qeydiyyat bu gün başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul

arrow Ətraflı
""Bozbaş Pictures"ə baxanda əsəbimdən partlayıram"  Elmira Şabanova like
  • 11 İyl 10:27  
Şou-biznes ""Bozbaş Pictures"ə baxanda əsəbimdən partlayıram" Elmira Şabanova

Çoxdandır görünməyən xalq artisti, tanınmış aktrisa Elmira Şabanova s

arrow Ətraflı
"Qarabağ" - "Olimpiya" oyununun biletləri satışa çıxarıldı like
  • 11 İyl 10:26  
Digərləri "Qarabağ" - "Olimpiya" oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - "Olimpiya" oyununun biletləri satışa çıxarılıb.

arrow Ətraflı
Dələduzluq edən baş redaktorun şikayəti RƏDD EDİLDİ like
  • 11 İyl 10:18  
Digərləri Dələduzluq edən baş redaktorun şikayəti RƏDD EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində "Zaman Press" qəzetinin baş redak

arrow Ətraflı