Azərbaycanda daha bir BOKT müflis elan edilib


Digərləri 11 İyl 2018 08:25:00 288 0

Azərbaycanda daha bir BOKT müflis elan edilib

Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin bu ilin mayın 25-də qətnaməsi ilə borclu-bank olmayan kredit təşkilatı "Vijn Fond AzərKredit" MMC müflis elan edilib.

APA Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Gəncə Konsultant" ASC BOKT-un əmlak inzibatçısı təyin edilib.

Kreditorlar borcluya qarşı olan tələblərini  bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə müraciət edə bilərlər.