ABŞ Rusiyada "F35"in "qatilləri"ni tapıb


Dünya 10 İyl 2018 23:07:00 253 0

ABŞ Rusiyada "F35"in "qatilləri"ni tapıb

Rusiyada yaradılan radiofoton radiolokasiya sistemləri həqiqətən də stels-təyyarələrin "qatili" ola bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə ABŞ-ın "The National Interest" nəşri yazıb.

ABŞ nəşri vurğulayır ki, yeni radar hava hədəfinin üçölçülü (3D) obrazını yarada bilmək və hərəkət edən raketin və təyyarənin trayektoriyasını yüksək dəqiqliklə izləmək qabiliyyətinə malikdir.

Jurnal yazır ki, analoji işlər özəl Qərb şirkətləri tərəfindən də aparılır: "Moskva və Pekinin də belə bir texnologiya üzərində işləməsi uzunmüddətli perspektivdə Pentaqonun potensial düşmənlər üzərində texnoloji liderliyini qoruya bilməyəcəyini göstərir".