Ağcabədidə iki VAZ toqquşub,


Digərləri 10 İyl 2018 22:34:00 256 0

Ağcabədidə iki VAZ toqquşub,

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində baş verib.

Hərəkətdə olan iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva İlahə Elxan qızı, 1995-ci il təvəllüdlü Vəliyeva Xədicə Abbas qızı və 2018- ci il təvəllüdlü Vəliyev Famil Sadiq oğlu müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.