Bu populyar məhsul insult və ağıl zəifliyinin riskini artırır


Digərləri 10 İyl 2018 22:25:00 349 0

Bu populyar məhsul insult və ağıl zəifliyinin riskini artırır

Amerikalı kardioloqlar insan sağlamlığı üçün ən zərərli məhsul təyin ediblər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Amerika ürək assosiasiyasının alimlərinin fikrinə görə, şəkərsiz diyetik qazlı sular insan üçün ən ziyanlı məhsuldur və onları istehsalatdan tam çıxartmaq lazımdır.

Kardioloqların hesabatlarında qeyd olunub ki, belə qazlı içkilərin hətta 1 bankasını hər gün içən insanda insult riski 3 dəfə, ağıl zəifliyi riski isə 2,9 dəfə artır.

Alimlərin fikrinə görə, bunun səbəbi diyetik suların tərkibində olan aspartam və s. kimi süni maddələrdir. Məsələn, aspartam orqanizmdə parçalanaraq metanol kimi çox ziyanlı toksiki maddə əmələ gətirir.