Mehdiabadda ətrafı bürüyən üfunət iyi


Digərləri 10 İyl 2018 21:18:00 335 0

Mehdiabadda ətrafı bürüyən üfunət iyi

Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərə yaxın ərazidə tikilən donuz ferması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Sakinlərin sözlərinə görə, fermadan yayılan üfunət səbəbiylə onlar pəncərələrini belə aça bilmirlər. Aidiyyəti qurumlar isə problemin həlli üçün fermaya vaxt verildiyini deyirlər.

Evlərin cəmi 30 metrliyində yerləşən bu fermada donuz saxlanılır. Gün boyu ətrafa o qədər kəskin qoxu yayılır ki, burada yaşayanlar pəncərələrini aça bilmirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Abşeron rayonu Mehdiabada qəsəbəsi Niyazi küçəsindəndir. Sakinlər deyirlər ki, buradakı gölün ətrafında uzun illərdir dana və toyuq ferması olub. Amma son 1 ildir burada donuz saxlanılır ki, oradakı natəmizlik və pis qoxudan ətrafı üfunət bürüyüb.

Bu ərazidə yaşayanların sözlərinə görə, kəskin qoxu hətta insanlarda qaşınmaya da səbəb olur.


Xəbərə aid video