İmam Əli (ə) oğrularla necə rəftar etdi?


Digərləri 10 İyl 2018 21:10:00 358 0

İmam Əli (ə) oğrularla necə rəftar etdi?

Qurani-Kərim oğurluğun cəzası barəsində buyurur: "(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir". ("Maidə" 38).

Son.az deyerler.org-a istinadən bildirir ki, Hərəs ibni Hərisə nəql edir: "Bir gün Həbəşidən olan bir kişini əlini yuyan halda gördüm. Onun dörd barmağı kəsilmişdi. Təəccüblə soruşdum: "Hansı hadisə nəticəsində barmaqların kəsilmişdir?".

O, dedi: "Ən üstün insan olan Əli ibni Əbutalib (ə) mənim barmaqlarımı kəsmişdir".

Dedim: "Nə üçün?".

Dedi: "Biz 8 nəfərdən ibarət bir qrup idik və İmam Əli (ə) xəlifə olan zaman oğurluq edirdik. Nəhayət bir gün bizi bu işdə yaxaladılar.

İmamın (ə) hüzuruna apardılar və Həzrət (ə) buyurdu: "Siz oğurluq etmisiniz?".