Türkiyə Prezidenti: TANAP layihəsi bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir


Digərləri 10 İyl 2018 20:33:00 328 0

Türkiyə Prezidenti: TANAP layihəsi bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir

Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır.

Bakı. Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bu fikri iyulun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.