"Ramalı qınayıram..."


Şou-biznes 10 İyl 2018 18:12:00 249 0

"Ramalı qınayıram..."

Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu, müğənni-bəstəkar Ramal İsrafilovdan danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, xanəndə Ramalın onun olduğu verilişə gəlməməsinə münasibət bildirib.

Əyyubova "Hər şey daxil" verilişinə zəng edərək müğənni ilə küsülü olmaları haqda söhbətlərə aydınlıq gətirib:

"Onlar mənim balalarımdır, heç vaxt övladlarımdan ayırmıram. Mirkamili də çox istəyirəm. Onlarla hər zaman bir yerdəyəm. Efirdə elə olur ki, işi olub gəlməyib. O demək deyil ki, Ramal verilişə hörmətsizlik edir. Sosial şəbəkədə yazırlar ki, bibi bunlara dəstək olmadı. Biz belə ailə deyilik".