Masazırda iki avtomobil toqquşdu - FHN sərnişini xilas etdi


Digərləri 10 İyl 2018 18:14:34 236 0

Masazırda iki avtomobil toqquşdu - FHN sərnişini xilas etdi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Masazır kəndində "SEAT" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Bakı. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Masazır kəndində "SEAT" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.