Barmağında halqa sıxılıb qalana xilasedicilər kömək etdi


Digərləri 10 İyl 2018 16:49:00 307 0

Barmağında halqa sıxılıb qalana xilasedicilər kömək etdi

FHN-ə bu gün maraqlı məlumat daxil olub.

Son.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.