"İki sahil" - müstəqil Azərbaycanın həmyaşıdı


Digərləri 10 İyl 2018 16:47:00 267 0

"İki sahil" - müstəqil Azərbaycanın həmyaşıdı

"İki sahil" - müstəqil Azərbaycanın həmyaşıdı

Bakı. 1991-ci ildən oxucuları ilə təmasda olmaq üçün «yola çıxan» «İki sahil» qəzeti artıq 27 ildir ki, milli mətbuatımızın əqidəsinə sadiq üzvü kimi öz sözünü deyir. Dünyada, ölkəmizdə baş verən hadisələrə «bələdçilik» edərək oxucularını məlumatlandırır. Ulu öndər Heydər Əliyevin «Jurnalist əməyi qeyri-adi əməkdir, böyük zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir» sözünu, jurnalist adını peşəkarlığı ilə doğruldan bu qəzetin əməkdaşları demokratik inkişaf yolu ilə irəliləyən ölkəmizdə mövcud olan çoxsaylı mətbuat ailəsinin üzvü kimi mövqeyinə sadiqliyi obyektivliyi, reallığı əks etdirən maraqlı yazıları ilə diqqəti cəlb edir. Ötən əsrin sonlarında, ölkəmizdə baş verən hadisələrin gərgin dövründə sözün qüdrətinə güvənən «İki sahil» «gənc» olsa da cəsarətli yazıları, hadisələri dəyərləndirmə bacarığı, dövlətçilik maraqlarının qorunması baxımından çoxillik təcrübəyə malik qəzetlərlə çiyin-çiyinə addımlayaraq əldən-ələ gəzdi. İnsanlarla dil tapmaq, mehriban, isti münasibət qurmaq fərdi çalışmaq bacarığına yiyələnən kollektivin səyi ilə az müddətdə oxucuların soraqladığı qəzet kimi tanınan «İki sahil»ə layiq olduğu dəyəri «Mən hesab edirəm ki, «İki sahil» qəzeti çox iş görmüşdür… O vaxt bu qəzet çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm» sözləri ilə bildirən ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi, “İki sahil”çilərin əməyinin bəhrəsi olan bu qəzet də gündəlik müraciət olunan mətbu orqanları arasında idi. Adı ilə belə diqqəti cəlb edən, oxunaqlı yazıları ilə oxucuların qəlbinə yol tapan qəzet nəşrə başladığı gündən ehtiyac duyulan mətbu orqanlarından olmuş, bu gün də bu maraq davam etməkdədir. Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiqləyə, işinə bağlı, məsuliyyətli kollektivin gücü ilə bütün çətinlikləri aradan qaldıran qəzetin rəhbərliyi, yaradıcı və texniki heyəti haqqında deyilən xoş sözlər 27 ildə çəkilən zəhmətə verilən qiymətdir. Azərbaycanın inkişaf strategiyasının tətbiqi ilə əldə olunan nailiyyətləri, enerji bazarında qazanılan uğurları işıqlandırmaqla dövlət siyasətinin təbliği istiqamətində böyük rolu olan bu qəzetdə çalışanlar Azərbaycan dövlətçiliyinə daim sadiq olan yaradıcı, sağlam fikirli ziyalılardır.