Prokuror Arif Alışanova sui-qəsdə cəhd edənlərə cəza istədi


Digərləri 10 İyl 2018 15:32:00 233 0

Prokuror Arif Alışanova sui-qəsdə cəhd edənlərə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı təqsirləndirilən Şücaət Əkbərovun 18 il, Qoçali Cəbiyevin 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun 6 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçininn Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakın müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib. Proses iyulun 13-də davam edəcək. Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma, eləcə də etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb və gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.