Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri görür (FOTO)


Digərləri 10 İyl 2018 15:28:00 301 0

Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri görür (FOTO)

Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri görür

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus bir sıra gəmiləri “Voltar Marine” şirkətinin sifarişi əsasında “Filanovski” yatağında dibdərinləşdirmə işləri yerinə yetirir. QSC-dən Trend-ə verilən məlumata görə, dibdərinləşdirmə layihəsinin icrasına bir torpaqqazan (“Mühəndis Balarza Məmmədov”), üç torpaqdaşıyan (“Bakinskaya 3”, “Bakinskaya 5”, “Bakinskaya 6”) və “Yarenqa” təchizat-yedək gəmiləri cəlb olunub. Ümumilikdə 27050 kubmetr qazma işləri həyata keçirilib və bununla da 26.06.2018-ci ildə start götürən layihənin birinci mərhələsi başa çatıb. “Filanovski” yatağında layihənin ikinci mərhələsində görülməsi planlaşdırılan işlər də QSC-nin gəmiləri ilə yerinə yetiriləcək. Belə ki, 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi həmin ərazidə platformanın dayaq blokunun quraşdırılması işlərində, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarında istismar ediləcək.