Fransada qorxulu virus aşkar olundu


Dünya 10 İyl 2018 14:28:00 257 0

Fransada qorxulu virus aşkar olundu

Fransada ilk dəfə "Usutu" virusu ilə yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 30 yaşlı şəxs üz sinirinin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Usutu" virusu ilk dəfə 1959-cu ildə Afrikada heyvanlar üzərində aşkar edilib. Bu virus insana xəstə quşlardan ağcaqanad vasitəsilə keçir və sinir sistemini zədələyir.