Keçmiş MTN əməkdaşına hökm oxundu


Digərləri 10 İyl 2018 14:05:00 362 0

Keçmiş MTN əməkdaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müvəkkili barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Keçmiş MTN zabiti son sözündə vəkili ilə razı olduğunu deyib.

Daha sonra prosesdə hökm oxunub, Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib