DİN Gədəbəydə törədilən qətllə bağlı məlumat yayıb


Digərləri 10 İyl 2018 12:56:00 255 0

DİN Gədəbəydə törədilən qətllə bağlı məlumat yayıb

Gədəbəydə törədilən qətlin təfərrüatları məlum olub

Bakı. İyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.