"Terrora çağırış edənlər onu həyata keçirənlərlə eyni məsuliyyəti daşıyırlar"


Digərləri 10 İyl 2018 12:50:00 264 0

"Terrora çağırış edənlər onu həyata keçirənlərlə eyni məsuliyyəti daşıyırlar"

Terrora dəstək vermək, terror aksiyasını təqdir etmək terrorçu ilə eyni sırada dayanmaq deməkdir. Fərqi yoxdur sən dinc və günahsız insanlara, dövlət qulluqçusuna, dövlətin təhlükəsliyinə, sabitliyə tuşlanan silahın tətiyini çəkirsən, yaxud bu tətiyi çəkənə dəstək verir, terror aksiyasına çağırışlar edirsən.

Bu barədə Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, terrora çağırış edənlər onu həyata keçirənlərlə eyni məsuliyyəti daşıyırlar: "Bu gün terrorizm anlayışı kifayət qədər genişlənib, real və virtual aləmin bütün sahələrini əhatə edir. İctimai sabitliyin pozulmasına, qarşıdurmaya, xaosa, ədavətə xidmət edən çağırışlar, bu istiqamətdə həyata keçirilən informasiya siyasi də özü özlüyündə terror aksiyasıdır və bəlkə də konkret terror aktından daha təhlükəlidir. Çünki belə çağırışlar terror aksiyalarının kütləviləşməsinə xidmət edir. Bu baxımdan hesab edirəm ki, belə çağrışlara yol verən insanlar kimliyindən asılı olmayaraq ifşa olunmalı və məsuliyyətə cəlb edilməlidirlər!"

İlkin İzzət Son.az