Bakıda dənizə baş vuran kişinin boynu qırılıb


Digərləri 10 İyl 2018 09:19:00 267 0

Bakıda dənizə baş vuran kişinin boynu qırılıb

Xəzər dənizində bir nəfər bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Əsədov Ceyhun Şahin oğlu Pirşağı çimərliyində hündürlükdən dənizə baş vurarkən boynunun fəqərə sümüyü qırılıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.