Smartfondakı barmaq skaneri ölünü də tanıyacaq


Digərləri 10 İyl 2018 08:59:00 281 0

Smartfondakı barmaq skaneri ölünü də tanıyacaq

Cənubi Koreyanın Ulsan Elm və Texnologiya İnstitutunun alimləri nəinki sahibini, həmçinin onun durumunu tanıya bilən smartfon üçün barmaq izləri skaneri tərtib ediblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, texnologiya smartfon sahibinin temperaturunu müəyyən edəcək.

Əgər o, 30-45 dərəcə Selsidirsə, o zaman smartfon blokdan çıxarılacaq. Yox, əgər bu göstərici çərçivəyə uyğun deyilsə, cihaz blokdan çıxmayacaq. Bu temperatur isə o deməkdir ki, insan artıq yaşamır.