“Samsung Electronics” ilkin maliyyə hesabatını açıqladı


Digərləri 10 İyl 2018 08:15:00 280 0

“Samsung Electronics” ilkin maliyyə hesabatını açıqladı

"Samsung Elektronics" şirkəti 2018-ci ilin ikinci rübünün ilkin maliyyə nəticələrini açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, hesabat dövründə Cənubi Koreya nəhənginin konsolidə olunmuş gəlirləri 57-59 trilyon von kimi qiymətləndirilir. Bir il öncə bu göstərici 61 trilyon von təşkil edib.

Gəlirlərin bir qədər azalması şirkətə əməliyyat gəlirlərini artırmağa mane olmayıb. İlkin qiymətləndirməyə görə, bu rəqəm 14,7-14,9 trilyon von təşkil edib.