"Ümumi enerji sisteminin çökməsinə gətirib çıxaran bir qəzanın heç cür izahatı ola bilməz"


Digərləri 10 İyl 2018 07:30:00 319 0

"Ümumi enerji sisteminin çökməsinə gətirib çıxaran bir qəzanın heç cür izahatı ola bilməz"

Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək

"Mingəçevirdə baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm".

Son.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Onun sözlərinə görə, eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilib. Onlar da öz sözünü deyəcəklər.