Ərdoğan: "Türkiyə yeni siyasi dövrə qədəm qoydu"


Dünya 09 İyl 2018 20:50:00 285 0

Ərdoğan: "Türkiyə yeni siyasi dövrə qədəm qoydu"

Türkiyə prezident idarəetmə formasına keçməklə yeni siyasi dövrə qədəm qoydu.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inauqurasiya mərasimindən sonra etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, xalqın dəstəyi bu məsələdə əsas amil rolunu oynadı:

"Yeni və inkişaf edən Türkiyəyə məhz prezident idarəetmə forması vacib idi".

R.T.Ərdoğan prezident seçkilərində ona etmad göstərən Türkiyə vətəndaşlarına təşəkkür edib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Mərasimdə 22 dövlətin rəhbəri, baş nazirlər və 28 ölkənin parlament spikerləri iştirak edib. Azərbaycanı bu möhtəşəm tədbirdə Baş nazir Novruz Məmmədov təmsil edib.