Ərdoğan: Türkiyə yeni siyasi dövrə qədəm qoydu


Digərləri 09 İyl 2018 20:46:00 246 0

Ərdoğan: Türkiyə yeni siyasi dövrə qədəm qoydu

Türkiyə prezident idarəetmə formasına keçməklə yeni siyasi dövrə qədəm qoydu

Bakı. Rufiz Hafizoğlu - Türkiyə prezident idarəetmə formasına keçməklə yeni siyasi dövrə qədəm qoydu. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inauqurasiya mərasimindən sonra etdiyi çıxışda deyib. Onun sözlərinə görə, xalqın dəstəyi bu məsələdə əsas rol oynadı: "Yeni və inkişaf edən Türkiyəyə məhz prezident idarəetmə forması vacib idi". R.T.Ərdoğan prezident seçkilərində ona etimad göstərən Türkiyə vətəndaşlarına təşəkkür edib.