"Miss & Mister Grand Azerbaijan 2018" gözəllik müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTO)


Digərləri 09 İyl 2018 19:31:00 370 0

"Miss & Mister Grand Azerbaijan 2018" gözəllik müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTO)

Elektra Events Hall-da "Miss & Mister Grand Azerbaijan" 2018 Gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub.

Bakı. Elektra Events Hall-da "Miss & Mister Grand Azerbaijan" 2018 Gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub. Trend-in məlumatına görə, 10 xanım və 10 bəy finalçı 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparıblar. Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub. Müsabiqənin finaliçıları tamaşaçılara bir neçə parlaq defile təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar. Yekunda finalçı xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar. Təşkilatçılar müsabiqəni finalçıların moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalçılar təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.