Qəbələdə ağır qəza


Digərləri 09 İyl 2018 18:43:00 218 0

Qəbələdə ağır qəza

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vetib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb. 

Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99-DK-409 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.

Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı ağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.