Aşıqlar arasında dava


Digərləri 09 İyl 2018 16:43:00 324 0

Aşıqlar arasında dava

Bu gün ATV kanalında yayımlanan "10-dan sonra" proqramında gərgin anlar yaşanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yusif Ağayevin aparıcılıq etdiyi verilişdə Aşıq Namiq Fərhadoğlu ilə aşıq Fəzail Miskinli arasında mübahisə meydana gəlib. 

N. Fərhadoğlu canlı efirdə Fəzaili aşıq hesab etməyib. Qarşı tərəf isə qalmaqallı açıqlamaya etirazını bildirib. 

Daha sonra proqram reklamlara ayrılıb. Fasilə zamanı aşıq Namiqlə aşıq Fəzail əlbəyaxa dava edib, bir-birinin ünvanına təhqiredici sözlər deyiblər. 

Həmin görüntülər efirə getməsə də, ATV-nin rəsmi İnstaqram səhifəsində paylaşılıb. 

Videonu izləmək üçün şəklə klikləyin: