Sabirabadda taksidə oğurluq - sürücü müştərinin pulunu götürüb


Digərləri 09 İyl 2018 16:44:00 272 0

Sabirabadda taksidə oğurluq - sürücü müştərinin pulunu götürüb

Sabirabad şəhər sakini Samir Cəfərov saxlanılıb

Bakı. Sabirabadda taksidə oğurluq hadisəsi qeydə alınıb. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 8-də Sabirabad rayonunun Əsgərbəyli kənd sakini V.Mehdiyev RPŞ-yə müraciət edərək həmin gün saat 8 radələrində şəhər ərazisində sərnişini olduğu taksi kimi fəaliyyət göstərən “VAZ-21063” markalı avtomobildən düşdükdən sonra cibindəki 2300 manatın oraya düşməsini və həmin pulu sürücünün oğurladığını bildirib.