İrandan Azərbaycana gələn qadının üzərində güclü təsiredici maddə aşkarlanıb


Digərləri 09 İyl 2018 16:37:00 280 0

İrandan Azərbaycana gələn qadının üzərində güclü təsiredici maddə aşkarlanıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı, xanım vətəndaşın üst paltarlarının altında, bədənin aşağı ətraflarında - bud nahiyələrinə yapışqanlı lentlə sarınmış vəziyyətdə 100 ədəd 10 ml-lik flakonda "Mydrax 1%" adlı - təsiredici maddəsi tropikamid olan dərman preparatı aşkar edilib.