FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb


Digərləri 09 İyl 2018 16:04:07 295 0

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb

Bakı. FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.