Tahir Mirkişili: ATƏT PA-da Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir


Digərləri 09 İyl 2018 15:44:00 236 0

Tahir Mirkişili: ATƏT PA-da Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir

ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub.

Bakı. Samir Əli - ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub. Bu barədə Trend-ə müzakirədə iştirak edən millət vəkili, Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili məlumat verib. Müzakirə zamanı çıxış edən T.Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməsinin vacibliyini qeyd edb. Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasini, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirib. Tahir Mirkişili mövzunun həyati əhəmiyyət daşıdığını nəzərə alaraq ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitələrin yaradılmasının vacibliyini qeyd edərək bu ideyaya dəstək verəcəyini də bəyan edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin