Ölkədə elektron imzadan istifadə edənləri sayı 2 dəfə artıb


Digərləri 09 İyl 2018 13:11:00 305 0

Ölkədə elektron imzadan istifadə edənləri sayı 2 dəfə artıb

Cari ilin birinci yarısında 20 mindən çox "E-imza" sertifikatı istifadəyə verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, ölkədə "Elektron imza" (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən "E-imza" sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6 780-i dövlət qurumlarının, 4 542-i fiziki şəxslərin, 9 132-i isə hüquqi şəxslərin payına düşür.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3 440, hüquqi şəxslər üzrə 4 560, fiziki şəxslər üzrə 1 580) olub.

İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 "E-imza" sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.

Son bir ayda istifadəyə verilən "E-imza" sertifikatlarının sayı isə 2 mindən çox olub. Belə ki, bu ilin iyun ayında verilən 2 184 "E-imza" sertifikatının 820-i dövlət qurumlarının, 1 084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb.