Sumqayıtda qadına qarşı 303 minlik dələduzluq edən şəxsə hökm oxundu


Digərləri 09 İyl 2018 12:57:00 234 0

Sumqayıtda qadına qarşı 303 minlik dələduzluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Quliyev özünü iş adamı kimi təqdim edərək Sumqayıt sakini Məhburə Hüseynovanın etibarında sui-istifadə edib, onun 303 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, obyekt tikib çıxarış alacağı adı ilə həmin qadını aldadıb.