Fransada yaşayış məntəqəsində partlayış olub, 10 nəfər xəsarət alıb


Dünya 09 İyl 2018 11:38:42 298 0

Fransada yaşayış məntəqəsində partlayış olub, 10 nəfər xəsarət alıb

Yanğının söndürülüməsinə 100-ə yaxın yanğınsöndürən cəlb edilib

Fransanın qərbində yerləşən Morbian departamentinin Kibron kommunasında baş verən təbii qaz partlayışı nəticəsində 10 nəfər yaralanıb.

“Report” “Ouest France”yə istinadən xəbər verir ki, qəza iyulun 9-da səhər saatlarında olub.

Bildirilib ki, partlayış nəticəsində yanğın əmələ gəlib. Yanğının söndürülüməsinə 100-ə yaxın yanğınsöndürən cəlb edilib.