Sürücülər! Bu yollarda rənglənmə işləri aparılır


Digərləri 09 İyl 2018 11:08:00 312 0

Sürücülər! Bu yollarda rənglənmə işləri aparılır

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə məlumat verilib. Məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.