Güləşçilərimiz dünya çempionatını 8 medalla başa vurublar


Digərləri 09 İyl 2018 10:17:00 235 0

Güləşçilərimiz dünya çempionatını 8 medalla başa vurublar

Güləşçilərimiz dünya çempionatını 8 medalla başa vurublar.

Bakı. Güləşçilərimiz Xorvatiyanın Zaqreb şəhərində keçirilən yeniyetmələrin dünya çempionatını 8 medalla başa vurublar. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar. İlk olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda yığmamız məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıb və 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov isə bürünc medal qazanıb. Qeyd edək ki, Turan Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb.