Şamaxıda kişi facəvi şəkildə öldü


Digərləri 09 İyl 2018 09:24:00 209 0

Şamaxıda kişi facəvi şəkildə öldü

Şamaxıda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Bəxtiyar Həmid oğlu Hacıyev avtomobilinin şininə hava doldurarkən o partlayıb. Yüksək təziq nəticəsində şindən ayrılan disk onun üz nahiyəsinə çırpılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. B.Hacıyevin vəziyyəti ağır olduğundan o, Təcili Tibbi yardım avtomobili ilə paytaxta göndərilsə də yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.