2 otaqlı ev yanıb


Digərləri 09 İyl 2018 08:46:00 222 0

2 otaqlı ev yanıb

Cəlilabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Cəlilabad rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 30 m² olan yardımçı tikilinin tavanı 3 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.